
Tezliklə PC kompüterlər tarixə qovuşa bilər
Elm & Texnologiya
07.05.2017
Farid
iPad Pro artıq kompüterlerin yerini almağı hədəfləyir.
Artıq Apple, IPad Pro cihazının
yeni reklam çarxını sevenleri ilə paylaşıb. Açıqlamalarda artıq çoxsaylı
funksiyaları özündə birləşdirən iPad Pro, kompüterləri əvəz edəcək funksiyaları daşıyacağını bildiriblər. Cihazın 9.7 inç ölçüdə olması və PC-nin daşıdığı bütün
funksiyaları daşıya bilmə özəlliyi diqqətə çatdırılıb.
Hal-hazırda istifadəçilərin internet üzərindən axtarışları, oyunlar və PC-nin daşıdığı digər xüsusiyyətləri iPad Pro-nun özündə birləşdirməsi müsbət rəylərə səbəb olub.
Bundan əlavə iPad Pro 2.26 GHz sürətlə
çalışan iki nüvəli və 4GB RAM yaddaşa sahibdir. Bundan əlavə görüntünün 2048 x 2732 piksel keyfiyyətli İPS panelə sahib olması yüksək görüntüdən xəbər
verir. Həmçinin bu model digər iPad modellərindən
fərqli olaraq stilus kimi əlavə texnoloji vasitələrlərlə də istifadə
oluna biləcək. Həmçinin Apple Pencil-in ayrıca satışı da nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər