Thomas Edison-un 100 illik texnologiyası, 100%-lik təmiz hidrogenin yaradılmasına təkan verib!
Elm & Texnologiya
27.06.2024
Farid Pardashunas
Edison-un texnologiyası, hidrogenin təmizlənməsi prosesi texnologiyasının inkişafında yeni qapılar açıb. Battolyser Systems adlı şirkət, əsrlik ixtiradan bərpa olunan enerji və təmiz hidrogen istehsalında inqilabi yenilik kimi istifadə edib.
Tomas Edison elektrik enerjisini, səs yazısını və hərəkətli şəkilləri təkmilləşdirən ixtiraları ilə günümüzün dünyasına işıq salmağa davam edir. Təəccüblü deyil ki, Edison-un nikel-dəmir (NiFe) batareyasının inkişafının üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, bugünkü bərpa olunan enerji həlləri üçün hələ də katalizator rolu oynamağa davam edir. Battolyser Systems adlı şirkət isə Edison-un texnologiyasından istifadə edərək 100%-lik təmiz hidrogen istehsal etməyi bacarıb.
Thomas Edison, NiFe batareyasını patentini 1901-ci ildə əldə edib. Edison, əvvəlcə bu akkumulyatordan o zaman elektrikli avtomobillər üçün istifadə etməyi düşünürdü, lakin o, batareyanın təhlükəsizliyi ilə bağlı narahat idi. Belə ki, NiFe batareyaları arzuolunmaz hidrogen çıxışı istehsal edirdi. Buna baxmayaraq, NiFe batareyaları 70 ildən artıqdır ki, mədənçilik, hərbi və dəmir yolu tətbiqlərində öz yerini tapıb. Bəzi dəmir yolu nəqliyyat vasitələri bu gün hələ də digər şirkətlər tərəfindən istehsal olunan NiFe batareyalarının versiyalarından istifadə edirlər.
Edison-nun bu xtirasından 100 il sonra Hollandiyanın Delft Texnologiya Universitetinin professoru Fokko Mulder, NiFe batareyasının yeni potensialını kəşf edib. Professorun sözlərinə görə, akkumulyatorun hidrogen çıxışı bərpa olunan enerji üçün böyük üstünlük hesab olunur. Edison-un akkumulyatorundan ilham mənbəyi kimi istifadə edən Mulder və onun tədqiqat qrupu, "Battolyser" adlı dünyanın ilk inteqrasiya olunmuş batareya və elektrolizatorunu icad ediblər. Battolyser, kombinə edilmiş elektrik enerjisinin saxlanması və hidrogen istehsalı üçün unikal potensial təklif edir. Belə ki, həm akkumulyator, həm də elektrolizator kimi işləyən Battolyser, elektrik enerjisini səmərəli şəkildə saxlayır və doldurulduqda suyu hidrogen və oksigenə ayırır.
Battolyser-in dizaynında Edison-un dizaynlarında görülən eyni nikel-dəmir elektrodlardan istifadə edilib. Lakin tədqiqatçılar, bu elektrodları bu gün bazarda mövcud olan qələvi elektroliz sistemi ilə birləşdirirlər. Məhsul günəş və ya külək fermalarından əldə edilən bərpa olunan enerji ilə şarj edilə bilir. Battolyser, bərpa olunan enerji mövcud olduqda və qiymətlər aşağı olduqda adi batareya kimi doldurula biir. Tam doldurulduqda o, elektrolizatora çevrilir və avtomatik olaraq saxlanıla və ya istifadə edilə bilən hidrogen istehsal edir. Günəş və ya külək fermalarında, fasilə yarandıqda və ya enerji baha olduqda, yığılmış elektrik enerjisini şəbəkəyə buraxır. Sistem elektrik enerjisinin saxlanması və hidrogen istehsalı arasında keçid imkanı ilə fasiləsiz işləməyi təmin edir. Şirkətin sözlərinə görə, Battolyser-in avtomatik işləməsi onun ən innovativ xüsusiyyətlərindən biridir.
Şirkət iddia edir ki, onun cihazı 85% səmərəliliyə malikdir və oxşar texnologiyalardan daha aşağı qiymətə təzyiqli hidrogen istehsal edə bilər. Bundan əlavə, enerji saxlama və hidrogen istehsal bölməsi təbiətdə tapılan bol materiallardan hazırlanır. Bu da, öz növbəsində xərclərin azaldılmasına kömək edir. Şirkət, cihazın istifadə müddətinin 20-30 il arası olduğunu bildirir. Battolyser Systems, bu texnologiyaya əsaslanan 3 model təklif edir. Battolyser 2.5MW modulunun 2025-ci ilin birinci rübündə buraxılması planlaşdırılır. Bunun ardınca 2025-ci ilin ikinci rübündə 5 MVt-lıq sistem və 2026-cı ilin üçüncü rübündə 25 MVt-lıq modullar gələcək. Şirkət 25 MVt modulları olan 100-500 MVt miqyaslı qurğuları hədəfləyir.
Ümumilikdə, Battolyser Systems-in texnologiyası həm enerjinin saxlanması, həm də hidrogen istehsalı üçün unikal platforma təqdim edir, çünki o, çox yönümlüdür və yüksək tutum təklif edir. Avropanın hidrogen istehsalını 10 milyon tona çatdırmağı planlaşdırdığı bu dövrdə Hollandiya şirkəti kimi həllər təklif edən şirkətlər bölgə üçün həyati əhəmiyyət daşıyır. 2022-ci ildə Avropanın hidrogen istehsalının 96%-i təbii qazdan istifadə edilib. Battolyser isə bu prosesi tamamilə təmiz variantla əvəz edir.
Linki kopyala
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
Battolyser Systems
Battolyser
Tomas Edison
Edison
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Alimlər robotlar üçün insanabənzər dəri hazırlayıblar! (VİDEO)
Tokio Universiteti və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insana bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Yaşamaq üçün oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib!
Tarixdə ilk dəfə yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf edilib.
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Alimlər, təbii materiallardan ilhamlanaraq çatlamalara 17 dəfə daha davamlı olan yeni beton növü hazırlayıblar. Bu innovativ beton, dünyada ən çox yayılmış tikinti materiallarından biri olan sementi daha davamlı və təhlükəsiz etmək məqsədi daşıyır.
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot hazırlayıblar.
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə proqnozlaşdıra bilib.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!