
TikTok servisinin smartfonu barəsində yeni məlumatlar verildi
Elm & Texnologiya
30.07.2019
Emil
Məşhur TikTok servisinin yaradıcısı olan Çinin Bytedance şirkəti rəsmi olaraq təsdiqlədi ki, o öz smartfon modelini hazırlayır. Smartfonun hazırlanması ilə isə məşhur istehsalçı məşğul olacaq. Qeyd etmək lazımdır ki, Bytedance şirkətinin fərdi smartfon modeli üzərində çalışması barəsində məlumat bir neçə müddət bundan öncə ortaya çıxmışdı.
Bu barədə Engadget saytına istinadən 4pda saytı xəbər verib. Şirkət bildirib ki, smartfonun istehsalı ilə Çinin Smartisan Technology şirkəti məşğul olacaq. Məlumata əsasən smartfon artıq 7 aydır ki, hazırlanma mərhələsindədir və onun hazırlanmasına hələ Bytedance ilə müqavilənin bağlamasından öncə start verilib.
Smartfonun texniki göstəriciləri və adı barəsində bir məlumat yoxdur.. Lakin güman etmək olar ki, sözügedən smartfona Bytedance şirkətinin məşhur TikTok servisi ilə yanaşı digər servisləri də inteqrasiya olunacaq. Həmçini smartfonun fərdi istifadəçi interfeysinə sahib olacağı da istisna deyil.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
