TikTok'un sahibi olan ByteDance şirkəti öz smartfonunu yaratmaq qərarına gəib
Elm & Texnologiya
27.05.2019
Farid Pardashunas
Məşhur TikTok sosial şəbəkəsinin sahibi Çinin ByteDance şirkəti smartfon yaratmaq qərarını verib. Bu barədə Financial Times saytına istinadən Macdigger saytı xəbər verib. Smartfon istehsalı qərarını ByteDance şirkətinin təsisçisi Zhang Yiming verib. Daha öncə şirkət Çinin Smartisan adlı cihaz istehsalçısından bir sıra patentləri əldə etmiş və həmin şirkətin bəzi mütəxəssislərini özünə cəlb etmişdi.
Financial Times saytının apardığı sorğuda iştirak etmiş mütəxəssislər ByteDance şirkətinin bu ideyasına skeptik yanaşırlar. Belə ki, vaxtı ikən Facebook ilə Amazon şirkətlərinin bu cür layihələri uğursuz olmuşdu. Bununla yanaşı ByteDance şirkəti smartfon istehsalında təcrübəyə və qaydaya salınmış satış kanallarına sahib deyil. Qeyd etmək lazımdır ki, ByteDance şirkətinin bazar dəyəri 75 milyard dollar qiymətində dəyərləndirilir. Bu isə onu dünyanın ən bahalı startaplarından biri edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)