main-post-cover

    Tim Cook: 'Bizim yeni məhsullarımız insanların ağıllarını başlarından alacaq'

    Elm & Texnologiya
    03.03.2019
    Emil Nəcəfov
        Keçən həftənin cümə günündə Apple şirkətinin CEO-su Tim Cook Kupertinoda investorlarla görüş keçirdib və həmin görüşdə gələcək Apple məhsulları barəsində fikrilərini bildirib. İnvestorların qarşısında çıxışı zamanı Tim Cook Apple şirkətinin bugünki vəziyyəti və gələcəyi barəsində böyük optimistliyə sahib olduğunu bildirib. Bu barədə Gsmarena saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən Apple şirkəti hal hazırda gələcək məhsullar üçün toxumlar səpməklə məşğuldur və həmin məhsullar insanların ağıllarını başlarından alacaq.
        Detallı məlumatlar verməyən Tim Cook qeyd edib ki, şirkət fantastik məhsullar siyahısına sahibdir. Şayiələrə görə şirkət artıq bu il ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarını təqdim edəcək. Həmin qulaqlıqlarda tərtibatçılar səsin ötürülməsi özəlliyini yaxşılaşdıracaqlar və kənar səs-küyün boğulması texnologiyasını reallaşdıracaqlar.
        Apple Watch smart saatına gəldikdə isə yaxın gələcəkdə yeni modellərdə istifadəçi sağlamlığının vəziyyətinin təyin olunması üzrə yeni funksiyaların olacağı gözlənilir. Son məlumatlara əsasən şirkət sözügedən smart saat vasitəsilə qandakı qlükoza səviyyəsini ölçməyin yollarını axtarır. Bundan əlavə olaraq Tim Cook Retina ekrana sahib MacBook Air noutbookunun qiymətinin aşağı salmağı planından da danışıb. Həmçinin o əlavə edib ki, 2020-ci ilə kimi şirkət öz servislərindən olan gəlirləri 50 milyard dollara yüksəltməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, yaxın aylar ərzində Apple şirkəti özünün Netflix analoqunu təqdim etməlidir.
    Linki kopyala