main-post-cover

    Tim Cook-dan özəl və biznes görüşlərinə yalnız özəl təyyarə ilə uçmaq tələb olunub

    Elm & Texnologiya
    28.12.2017
    Farid Pardashunas
    Bloomberg saytının verdiyi məlumata əsasən “Apple” şirkətinin direktorlar şurası Tim Cook-dan özəl və biznes görüşlərinə yalnız özəl təyyarə ilə uçmasını tələb edib.
    Bu qərar Tim Cook-un təhlükəsizliyi baxımından verilib. İlin yekun nəticələri əsasında şirkət səhmlərinə sahib olan şirkət rəhbərliyi bonus ödəmələri əldə ediblər. Şirkətin CEO-su olan Tim Cook 2017-ci maliyyə ilinə əsasən 102 milyon dollar vəsait əldə edib. Cook-dan əlavə olaraq bonus ödəmələrini həmçinin şirkətin digər top menecerləri də əldə ediblər.
    Onların bonus qismində əldə etdikləri vəsait isə 24 milyon dollar təşkil edir. Bu vəsaitləri əldə etmək üçün onlar şirkətin rəhbərliyi tərkibində qalmalıdırlar. Lakin şirkətin direktorlar şurası Tim Cook-a əlavə şərtlər qoyub. Belə ki, bundan sonra bütün özəl və biznes görüşlərinə Tim Cook özəl təyyarə ilə uçmalıdır. Direktorlar şurası Tim Cook-un təhlükəsizliyi barəsində narahatlıq keçirdir. Onun şirkət üçün böyük vacibliyini nəzərə alan direktorlar şurası Tim Cook-un təhlükəsizliyi üçün əlavə vəsaitlərin ayrılmasını qərara alıb.
    Bloomberg-in məlumatına əsasən 2017-ci ildə Cook-un səfər uçuşları şirkətə 93.000$-a başa gəlih. Əlavə 225.000$ isə onun təhlükəsizliyinin təmin olunması üçün xərclənib. Yeni ildə direktorlar şurası bu xərcləri artırmağı planlaşdırır. Beləliklə onlar Cook-a kommersiya reysləri ilə uçmağı qadağan edib. Yeni ildə onun səfərlərinə ayrılmış vəsaitin dəqiq miqdarı barəsində isə məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər