main-post-cover

    Times jurnalından sonra Financial Times qəzeti də Elon Musk-ı 'İlin adamı' seçib

    Elm & Texnologiya
    15.12.2021
    Emil Nəcəfov
        Maliyyə və biznes sahələrində xəbərlərin dərc olunması ilə məşğul olan Financial Times adlı məşhur beynəlxalq qəzet Times jurnalının ardınca Elon Musk-ı “İlin adamı” seçib. Öz hesabatında qəzet onun avtomobil sahəsinin transformasiyasındakı xidmətlərini yüksək qeyd edib. Elektromobil bazarında lider olan Tesla şirkəti bir çox alıcıların və avtomobil istehsalçılarının elektromobillərə olan maraqlarını artırıb. Öz məqaləsində Financial Times qəzetinin redaktoru Roula Khalaf elektromobillərin daxili yanacaq mühərriki əsasında çalışan adi avotmobilləri necə əvəz edə biləcəyinin sərgilənməsinə görə Musk-ı tərifləyərək onu bu sahənin inqilabçısı adlandırıb.
        “Uzun müddət ərzində avtomobil sahəsindəki digər təmsilçilər Tesla ilə məni axmaq və dələduz adlandırırdılar. Onlar qeyd edirdilər ki, elektrikli avtomobillər çalışmırlar və siz onlarda adi avtomobillərin qətt edə bildikləri yol və sərgilədikləri performans göstəricilərini reallaşdıra bilməzsiniz. Lakin hətta bunu etsəniz belə onları heç kim almayacaq” - deyə Financial Times qəzetinin redaktoru Musk-ın sözlərini sitat gətirib. Hal hazırda Musk dünyanın ən varlı şəxsi hesab olunur və Tesla şirkətinin bazar dəyəri artıq 1 trilyon dollara yaxındır. Bu isə onu Ford Motor General Motors şirkətlərindən daha baha şirkət edir.
    Linki kopyala