Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Texnologiya
21.01.2020 PAYLAŞIM

    Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yüksəldən alqoritm hazırlayıblar. Maraqlısı ondadır ki, bu alqoritmin hazırlanmasında təməl prinsip kimi kvant kompüterlərin çalışma prinsipindən istifadə edilib. Lakin sözügedən proqram texnologiyasının çalışması üçün bahalı təchizata ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni alqoritm adi istehlakçı kompüterləri ilə uyğunlaşır. Bu barədə Wccftech saytı xəbər verib. Adi kompüterlərin və klaster serverlərin güclərini yüksəldən bu yeni üsul simulyasiya edilmiş bifurkasiyalı alqoritm adlanır.


    Tərtibatçıların verdikləri məlumata əsasən bu alqoritm birjadakı valyutaların qiymətləri arasında müqayisə kimi qəliz əməliyyatları hal hazırda mövcud olan superkompüterlərdən daha sürətli şəkildə yerinə yetirir. Bununla yanaşı kvant kompüterlərindən fərqli olaraq bu yeni proqram texnologiyası üçün ekstremal soyuducu sistemlər lazım deyil. Belə ki, o, adi otaq temperaturunda da çalışa bilir. Toshiba təmsilçiləri qeyd ediblər ki, hesablama gücü kvant kompüterlərindən aşağı olan adi kompüterlərin klasterlərində sözügedən alqoritmdən istifadə öz növbəsində məlumat emalı prosesinin sürətinin 10 qat yüksəlməsini təmin edir.

    Hesablamaların sürətlərinin yüksəlməsi üçün bifurkasiya anlayışından istifadə edilir. Sözügedən texnologiyanın ideyası hələ 2015-ci ildə ortaya çıxmışdı. Lakin onun testləri 2 ildən sonra aparıldı. Tərtibatçılar qeyd ediblər ki, bu alqoritm maliyyə və fond ticarət təçkilatlarına, sosial şəbəkələrə və istehsal şirkətlərinə faydalı ola bilər. Şirkət qeyd edib ki, o, bu texnologiyada maraqlı olan müştərilərinə sözügedən alqoritmi real zamanda test etmək imkanını verəcək. Lakin bunun qarşılığında şirkət bu alqoritmin birgə inkişaf etdirilməsini və ya layihəyə investisiyanın yatırılmasını tələb edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..


Tesla yaxın zamanda özünün istehsalı olan yeni növ batareyalara keçid edəcək..

Tesla-nın aktual olan elektromobilləri Panasonic istehsalı olan batareyalar ilə təchiz olunurlar. La..


Elon Musk, 25.000$-a satılacaq büdcəli Tesla elektromobili söz verib: Bu nə zama..

Bu cür bəyanatı Elon Musk şirkət investorları ilə görüşdə bildirib. Bu barədə New York Post xəbər ve..


Qualcomm şirkəti büdcəli smartfonlar üçün yeni Snapdragon 750G prosessorunu təqd..

Heç gözlənilmədən Qualcomm şirkəti Snapdragon 750G adlı 8 nanometrlik yeni mobil prosessoru təqdim e..


Microsoft-un 2 il bundan öncə start verdiyi sualtı server təcrübəsinin ilk nətic..

Müasir serverlərin əsas problemlərindən biri də onların daimi olaraq soyudulmaya ehtiyac duymalarıdı..


Samsung gələcək smartfonları üçün özünün ISOCELL Vizion adlı ToF kamera sensoru ..

Samsung şirkəti ToF sensorların istehsalı məsələsini öz üzərinə götürür.

×