
'Toshiba' Windows 10 əməliyyat sistemli 'ağıllı' eynəyi təqdim etdi
Elm & Texnologiya
12.03.2018
Emil Nəcəfov
Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” şirkəti dynaEdge adlı minikompüteri təqdim edib.

Sözügedən minikompüterdən ötürülən
təsvirlər isə 640x360 piksel keyfiyyətli ekrana sahib “ağıllı” eynəklərdə əks
olunur. Məlumata əsasən şirkət bu cihaz üzərində 2 il çalışıb. Cihazı adi və ya
qoruyucu eynəklərin üzərinə bərkitmək mümkündür. Cihazdakı optik modul həmçinin
5 MP-lik kamera və işıqlandırma sistemi, səs-küyü boğma özəllikli iki ədəd
mikrofon, qulaqlıq, GPS və akselerometr ilə təchiz olunub.

Eynəklər
mikrokompüterə USB naqili vasitəsilə qoşulur. Ölçüsünə görə minikompüter iPod
böyüklüyündədir və o, Windows 10 Pro əməliyyat sistemi vasitəsilə çalışır. Şirkətin
verdiyi məlumata əsasən cihaz bir dəfə şarj olunandan sonra 4 saata qədər
çalışa bilir. Şirkət həmçinin sənədlərin redaktə olunması, kamera və videoçat
bölmələrinə sürətli keçidi reallaşdıran interfeysi də hazırlayıb.

İdarəetmə
qismində isə cihazdakı sensorlu paneldən və ya minikompüterdəki düymələrdən
istifadə etmək olar. “Toshiba” güman edir ki, bu cihaz sənaye müəssisələrinin
marağına səbəb olacaq. Lazım olduğu halda cihaz həmçinin təhlükəsizlik dəbilqələrinə
də bərkidilə bilər. Hal-hazırda dynaEdge cihazı yalnız “Toshiba”nın müştəri
qismində çıxış edən şirkətlər üçün aktivdir. Cihazın pərakəndə və ya korporativ
satışları barəsində şirkət heç bir məlumat verməyib.




Linki kopyala
Həftənin xəbərləri

