
Touch ID dövrünə son. iPhone 8 yeni təhlükəsizlik sisteminə sahib olacaq
Elm & Texnologiya
04.07.2017
“Apple” şirkəti, iPhone 8 üçün istifadəçi üzünün 3D skanı əsasında yeni təhlükəsizlik sistemi üzərində çalışır.
Yeni təhlükəsizlik sistemi, ənənəvi Touch ID-ni əvəz edəcək.
Hal hazırda şirkət mühəndisləri bu sistemin dəqiqliyi və sürətinin
yaxşılışdırılması üzərində çalışır. Məlumata əsasən yeni sistem, istifadəçi
üzünü bir neçə millisaniyə ərzində skan edir. Bundan əlavə bildirilir ki, yeni
sistem, təhlükəsizliyinə görə Touch ID-ni geridə qoyur. Məlumata əsasən bu
sistemdən istifadə etmək üçün istifadəçinin, smartfonu üz hissəsinə
yaxınlaşdırması məcbur deyil. Belə ki, sistem istənilən vəziyyətdə çalışa
bilir. Bundan əlavə olaraq şirkət həmçinin göz qişasının skanı texnologiyasını
da test edir. Qeyd etmək lazımdır ki, “Apple”, Touch ID sistemini ilk dəfə
2013-cü ildə iPhone 5s-də təqdim etmişdi. 1 ildən sonra isə iOS-də barmaq izi
skanı vasitəsilə online ödənişlər etmək və mobil tətbiqlərə daxil olmaq mümkün
oldu. iPhone 8-də 3D ön kameranın olacağıhaqqında məlumatlar hələ bu ilin May
ayında yayılmışdı. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli ənənəvi olaraq
Sentyabr ayında təqdim olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...