Logo
    main-post-cover

    Toyota elektrikli krossover konseptini sərgiləyib

        Toyota şirkəti bZ adlı elektrikli krossover konseptini sərgiləyib. Sərgilənmiş sözügedən konsept elektromobil hətta özünün süni zəka köməkçisinə də sahibdir. Toyota-nın verdiyi məlumata əsasən o ümumilikdə 30 ədəd yeni elektromobil istehsal etməyi planlaşdırır və onlardan beşi bZ seriyasına aid olacaq. Beləliklə təqdim edilmiş elektrikli krossover konsepti futuristik dizaynda reallaşdırılıb. Elektromobilin faraları bufer üzrə uzanan işıqlı xətt ilə bir-birilərinə birləşiblər. Bununla belə elektromobil gövdəsinin ön hissəsi aqressiv şəkildə ön istiqamətə uzanıb.
        Ön qapıların tutacaqları daxildə yerləşirlər. Elektromobilin oturacaqları emal edilmiş materiallardan hazırlanıb. İdarəetmə sükanı isə oval formanı xatırladır. Elektromobildə reallaşdırılmış süni zəka əsaslı virtual köməkçi salondakı bütün sərnişinlərin əmrlərinə reaksiya verə bilir. Sözügedən krossover konsepti elektromobillərin gələcəklərinin necə ola biləcəklərini sərgiləyir. Toyota sözügedən elektromobilin nə zaman istehsal olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat verməyib.
    Paylaş
    Bənzər xəbərlər