
Toyota elektromobillər üçün 10 dəqiqəyə şarj olunan yeni nəsil batareyanı anons edib
Elm & Texnologiya
05.07.2023
Emil
Toyota şirkəti bildirib ki, o, elektromobillər üçün nəzərdə tutulmuş batareyaların çəkilərini, ölçülərini və qiymətlərini aşağı salmağa imkan verəcək texnoloji irəliləyişi reallaşdıra bilib. Bununla yanaşı şirkət bu cür batareyaya sahib elektromobillərin istehsalı ilə bağlı planlara artıq sahibdir. Toyota təmsilçilərinin sözlərinə əsasən şirkət bərk batareyaların hazırlanmasında istifadə edilən materialın istehsal prosesini sadələşdirməyi bacarıb.
Yeni texnologiya sayəsində elektromobillər enerjini daha tez yığacaqlar və daha çox məsafə qətt edə biləcəklər. Məlumatda qeyd edilib ki, 1200 km yol qətt etmə bacarığına sahib olacaq yeni nəsil elektromobillər bu yeni texnologiya vasitəsilə 100% enerjini 10 dəqiqəyə yığa biləcəklər. Bununla yanaşı maye elektrolitə sahib litium-ion batareyalardan fərqli olaraq bərk batareyalarda yanma riski daha aşağıdır. Toyota yeni texnologiya əsasında olacaq batareyaların kütləvi istehsalını artıq 2027-ci ilə kimi yoluna qoymağı hədəfləyib. Şirkətin hansı elektromobillərinin yeni nəsil batareyaları əldə edəcəkləri bilinmir.
Paylaş
Bənzər xəbərlər