main-post-cover

    'Toyota' şirkəti insan hərəkətlərini təkrar edən robotu təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    21.11.2017
    Farid Pardashunas
    “Toyota” şirkəti insana bənzər T-HR3 robotunun 3-cü nəslini təqdim etdi.
    Partner Robot adlı şöbə tərəfindən yaradılmış bu robot yeni uzaqdan idarə sistemi vasitəsilə tam dəqiq şəkildə insanın əl və ayaq hərəkətlərini təkrar edə bilir. Master Maneuvering System adlı sistem T-HR3 robotunun bütün bədənini idarə etmək üçün nəzərdə tutulub. Robotu idarə edən şəxsin ayaqlarına xüsusi ötürücülər qoşulur. Lakin bu sistemin ən maraqlı tərəfi isə onun yuxarı hissəsidir. Belə ki, yuxarı hissə 16 ədəd servomodullardan və ötürücülərdən ibarətdir. Onlar isə öz növbəsində insanın əl hərəkətlərini təyin edirlər.
    Bütün bu məlumatlar 75 kiloqram çəkili robota ötürülür. Əks əlaqə sistemi sayəsində robotun əşyaları necə sıxmasını və ətraf mühit ilə necə qarşılıqlı əlaqədə olmasını hiss etməyə imkan verir. Virtual reallıq cihazı (HTC Vive) sayəsində istifadəçi ətraf mühiti robotun gözlərindən görə bilir. Sözügedən robot bir ayağı üzərində tarazlığı saxlaya bilir. T-HR3 texnologiyası çətin anlarda insanlara yardımçı olacaq robotların hazırlanmasında kömək edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər