main-post-cover

    `Trump və Putin dizaynlı xüsusi Nokia 3310`!

    Elm & Texnologiya
    07.07.2017
    Orxan Jafarli
    Yeni Nokia 3310 modeli üçün Trump və Putin profilinin olduğu xüsusi bir versiya çıxarıldı. Qızıl və titan materialından istifadə edildiyi bu xüsusi versiyanın qiyməti isə həddindən artıq bahadır.

    Telefonları xüsusi olaraq dizayn edən Rus firması Caviar, yeni Nokia 3310 üçün olduqca maraqlı bir model hazırladı.
    Qızıl və titan materialın istifadə edildiyi, arxa tərəfində Putin və Trump-ın profil qabartmasının olduğu bu xüsusi versiya təxminən 2500 dollar qiymət etiketi ilə satılacaq.
    Yeni Nokia 3310 modeli bildiyiniz kimi texniki xüsusiyyətlər tərəfində günümüz standartlarının çox altında qalır. Buna baxmayaraq cihazı xüsusi olaraq dizayn edən Caviar firması, istehlakçılardan 2500 dollar istəməkdən çəkinmir.
     Eyni şirkət, PutinTrump profillərinin olduğu iPhone 7 modelini də internet saytından satışa çıxardı. Bu modelin qiyməti isə təxminən 3100 dollardır.

    Təbii ki Nokia 3310 modeli də, iPhone 7 modeli də dizayn xaricində orijinal modeldən heç bir fərq təklif etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər