Logo
    main-post-cover

    TSMC Apple üçün ilk 2 nanometrlik prosessorları istehsal etməyə hazırdır

        Bazarda hələ 3 nanometrlik texnoloji proses əsasında hazırlanmış prosessorlar olmasalar da, Tayvanın TSMC şirkəti artıq 2 nanometrlik prosessorların hazırlanması məsələsində ciddi nailiyyətlər əldə edib. Verilmiş məlumata əsasən şirkət öz aparıcı partnyorları üçün test məqsədli 2 nanometrlik prosessorları istehsal etməyə hazırdır. Qeyd etmək lazımdır ki, şirkətin aparıcı partnyorları siyahısında Apple şirkəti də var.
        Hələ bu ilin yanvar ayında TSMC elan etmişdi ki, prosessorların istehsalı məsələsində 2 nanometrlik texnoloji prosesin mənimsənilməsi şirkətin bütün gözləntilərini geridə qoyub. İndi isə məlumat ortaya çıxıb ki, şirkət 2 nanometrlik prosessorların test məqsədli istehsalına start vermək üçün hazırlıqlara başlayıb. Bunun üçün şirkətin elmi-tədqiqat şöbəsinin 1000 nəfər işçisi inşa edilən Zhuke Baoshan Wafer Fab 20 adlı yeni zavoda yollanacaqlar.
        Məlumatda qeyd edilib ki, TSMC 2 nanometrlik prosessorların test məqsədli birinci partiyasını Apple şirkətinə və Çinin elektronika istehsalçısı olan Huida Electronics-ə təhvil verəcək. Bununla belə yaxın zamanda 2 nanometrlik prosessorları kommersiya məqsədli məhsullarda gözləmək lazım deyil. Bəzi məlumatlara əsasən Apple yalnız 2025-ci ildə iPhone 17 smartfonlarını 2 nanometrlik prosessorla təchiz etməyə başlayacaq. 
    Paylaş
    Bənzər xəbərlər