main-post-cover

    TSMC şirkəti ABŞ-da 12 milyard dollar dəyərində zavod inşa edəcək

    Elm & Texnologiya
    09.11.2022
    Farid Pardashunas
        TSMC şirkəti yaxın zamanda ABŞ-da yeni zavodun inşasını elan edəcək. Zavod Arizona ştatının paytaxtı olan Finiks şəhərindən şimalda inşa ediləcək. TSMC öz növbəsində bu zavodun inşasına 12 milyard dollar investisiya yatırmağı planlaşdırır. Zavodun inşasına gələn ay start veriləcək. İnşa ediləcək zavodda TSMC şirkəti 3 nanometrlik texnoloji proses əsasında hazırlanmış aparıcı prosessorları istehsal edəcək. Yarımkeçirici məhsulların istehsalatlarının genişləndirilməsi öz növbəsində yarımkeçirici məhsullara olan yüksək tələbat məsələsində TSMC şirkətinin uzun müddətli optimizmini əks etdirir.
        Qeyd etmək lazımdır ki, bu il yarımkeçirici məhsullar bazarı böyük böhrandan keçir. Bu böhranın əsas səbəblərindən biri də dünyada hələ də mövcud olan koronavirus pandemiyasıdır. Hal hazırda sözügedən bazarda böhranın olmasına baxmayaraq istehsalçı şirkətlər əmindirlər ki, yaxın 10 il ərzində bu bazar 2 dəfə böyüyəcək və 1 trilyon dollar dəyərə sahib olacaq. TSMC şirkəti Arizona ştatındakı yeni zavodunda prosessorların istehsalına 2024-cü ildə start verməyi planlaşdırır. Sözügedən zavod 3 nanometrlik prosessorlardan əlavə olaraq 4 və 5 nanometrlik mikrosxemləri də istehsal edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər