TSMC şirkəti artıq 2 nanometr əsaslı prosessorların hazırlanmasına start verib

TSMC şirkəti artıq 2 nanometr əsaslı prosessorların hazırlanmasına start verib

Texnologiya
27.04.2020 PAYLAŞIM

    TSMC şirkəti bu il 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış ilk prosessorları satışa çıxartmağı planlaşdırır. Bununla paralel olaraq şirkət həmçinin 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq prosessorlar üzərində də çalışır. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası səbəbilə şirkət 3 nanometr əsaslı prosessorlar üzərində işləri dayandırmışdı. Lakin insayderlərin verdikləri məlumatlara əsasən TSMC artıq daha nazik texnoloji prosessorlar üzərində işlərə start verib.

    Bu barədə Phonearena saytı xəbər verib. Məlumata əsasən TSMC şirkəti 2 nanometrlik texnoloji proses əsaslı prosessorların hazırlanmasına və tədqiqatlarına hələ 2019-cu ildə start vermişdi. Müasir 7 nanometr əsaslı prosessorlardan fərqli olaraq 2 nanometr əsaslı prosessorlarda tranzistor sayı 3.5 dəfə çox olacaq. Bununla belə prosessorun ölçüsü eyni olaraq qalacaq. Bu isə öz növbəsində performans və enerji effektivliyi göstəricilərini yüksəldəcək. Lakin bu barədə konkret rəqəmlər hələki qeyd olunmur. 2 nanometr əsaslı prosessorların təqribi olaraq 2025-ci ildə istifadəyə veriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AirPods Pro, Marshall Major III və Beats EP - Hansı? | Hədiyyə edirik

Bu 3 cihazdan birini hədiyyə qazanmaq üçün videonu izləyin və qaydalara əməl edin. Qaydalar videoda ..


Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Qualcomm şirkətinin növbəti çipseti Snapdragon 875 ARM şirkətinin yeni Cortex nüvələrini istifadə ed..


Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin ..


Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnolog..

5G şəbəkə texnologiyası 3G və 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir...


Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolba..


Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə ba..

Xiaomi şirkətinin rəsmilərinin verdikləri məlumata əsasən şirkət 6G və Peyk interneti kimi gələcəyin..

×