main-post-cover

    TSMC şirkəti Huawei üçün yeni prosessorların istehsalını dayandırır: Səbəb nədir?

    Elm & Texnologiya
    19.05.2020
    Emil Nəcəfov
        Dünyanın ən böyük yarımkeçirici məhsul istehsalçılarından biri olan TSMC şirkəti bir neçə gün bundan öncə elan etdi ki, o, ABŞ-ın Arizona ştatında 12 milyard dollar dəyərində zavod inşa edəcək və həmin zavodda 5 nanometrlik prosessorların istehsalı reallaşdırılacaq. Bununla yanaşı ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları sərtləşdirib. Bu səbəbdən də Huawei şirkəti mobil prosessor istehsalı üzrə öz əsas partnyorunu itirdi. Bu barədə Reuters saytı xəbər verib.
        ABŞ-ın ticarət nazirliyi tərəfindən qəbul edilmiş yeni qaydalar Huawei şirkətinə prosessor satılması üzrə lisenziya tələblərini ABŞ texnologiyalarından istifadə edən dünyanın bütün istehsalçılarına aid edir. Məlumata əsasən bu səbəbdən TSMC şirkəti Huawei şirkətinin yeni prosessor istehsalı sifarişini dayandırıb. ABŞ hökuməti tərəfindən təyin edilmiş yeni qaydalar Huawei şirkəti tərəfindən edilmiş daha öncəki sifarişlərə şamil olunmur. Lakin TSMC şirkəti Huawei üçün yalnız bu ilin sentyabr ayına kimi prosessor istehsal edə bilər.
        Həmin vaxta kimi hələ təqdim olunmamış Kirin 1000 flaqman prosessor modelinin TSMC tərəfindən yetəri miqdarda istehsal olunub-olunmayacağı bilinmir. Məlumata əsasən TSMC şirkəti Huawei şirkətinin smartfonları, serverləri, və mobil şəbəkə stansiyaları üçün olan prosessorların 98%-ni istehsal edirdi. Bir neçə müddət bundan öncə isə şirkət sifarişlərin bir hissəsini yerli Semiconductor Manufacturing International Corporation (SMIC) şirkətinə ötürmüşdü. Lakin SMIC şirkəti də öz istehsalat proseslərində ABŞ texnologiyalarından istifadə edir. Buna görə də yeni qadağa həmçinin bu şirkətə də aiddir. 
    Linki kopyala