
Türk mühəndislər kinonu reallığa çevirdilər (Video)
Elm & Texnologiya
08.05.2017
Türk mühəndislər bir çoxlarının sevə-sevə
izlədiyi transformers robotları haqda filmi real həyatda hazırlayıblar. Türk
texnologiya şirkəti Letvision Ar-ge çalışması, 8 ayda 12 mühəndis tərəfindən ərsəyə
gətirilib. Mühəndislər çalışan prototipi təşkil olunan tədbirdə nümayiş etdiriblər.
Avtomobilin bir anda transformers filmində yol alan robot kimi ortaya çıxarması
hamının diqqətini çəkib. Belə ki, ilk başda adi avtomobildən fərqlənməyən maşın
bir anda möhtəşəm robot ilə əvəz olunur. Gələcəkdə bu robotun nə məqsədlə
istifadə olunacağını demək çətindir, amma əminliklə qeyd etmək olar ki, türk
mühəndislərin ortaya çıxardığı bu möhtəşəm sənət əsəri çətin olsa da, maraqlı və
əyləncəlidir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...