
Türkiyənin yeni müdafiə cihazı - ATƏŞKƏS, Sniperlərin yerini təyin edəcək!
Elm & Texnologiya
07.05.2017
Farid
Savaşın və suiqəsdlərin ən təhlükəli və ən bilinməz tərəflərindən biri olan sniperlərə, Türk məhsulu olan bir həll üsulu gəldi. ATƏŞKƏS vasitəsilə bu şəxslər asanlıqla təyin ediləcəklər.
Savaş sırasında görünməz bir təhdid olan sniperlərə qarşı alına biləcək tədbirlər məhduddur. Şəhidlər verməyimizə səbəb olan və faili-məchul olaraq qalan bu sniper hücumlarına
mane olmaq üçün illərdir ciddi üsullar axtarılır. Hücumdan sonra yerini ancaq saatlar sonra təyin
edə bildiyimiz sniperlərə qarşı həll üsulu qardaş ölkədən gəldi. Sərhəd təhlükəsizliyinin
çox vacib olduğu bugünlərdə, tədbirləri artırmaq adına ciddi bir irəliləmə
yaşandı.
"HAVELSAN”,
bu təhdidi ortadan qaldırmaq adına çox vacib bir addım atdı. Akustik Əsaslı
Uzaqdan Silahlı Atəş Təyinetmə Sistemləri adı verilən cihaz vasitəsilə səs yolu
ilə sniperlərin yerini öyrənmək mümkündür. Cihaz, içində mövcud olan akustika təyin
etmə sistemi ilə, 8 fərqli mikrofondan ətrafdakı səsləri təyin edə biləcək.
500
metrə qədər edilən atəşin istiqamətini və uzaqlığını 10% xəta payı ilə təyin edən ATƏŞKƏS, sərhəd postları kimi daimi olaraq hücumlara və güllə yağışına məruz
qalan binaların qorunmasında inanılmaz köməkçi olacaqdır. Əgər həqiqi bir
qoruma istəyiriksə, bir binanın ətrafına qoyulacaq 3 ədəd ATƏŞKƏS, binaya qarşı bir
atəş açıldığında hücumun gəlmə istiqamətini hesablayaraq, düşmənin üstünlüyünü
tamamilə yox edəcəkdir.
Hələki Türkiyənin bu cihazı satıb-satmayacağı barədə bir məlumat yoxdur amma qardaş ölkədə baş verən bu yeniliyin Azərbaycan üçün də reallaşdırılacağı təqdirdə ciddi bir üstünlük əldə edəcəyimiz açıq-aşkar aydındır.
Paylaş
Bənzər xəbərlər