main-post-cover

    Twitter Elon Musk adı ilə olan istifadəçi hesablarını bloklamağa başlayıb

    Elm & Texnologiya
    25.07.2018
    Farid Pardashunas
        Twitter öz istifadəçi adlarını Elon Musk-a dəyişmək istəyən insanları bloklamağa başlayıb. Belə ki, təsdiqlənməmiş və hansısa telefon nömrəsinə bağlı olmayan hesabların istifadəçiləri SpaceX Tesla şirkətlərinin CEO-sunun adı vasitəsilə mənfəət qazanmaq istəyirlər. Bir neçə müddət bundan öncə bəzi istifadəçilər Elon Musk adından istifadə edərək digər insanlardan efir kriptovalyutası istəyirdilər.
        Beləliklə bu dələduzluq hadisəsi o qədər məşhurlaşdı ki, Twitter rəhbərliyi buna son qoymağı qərara verdi. Elon Musk-ın özü də bu hadisəyə reaksiyasını bildirib. O qeyd edib ki, bu cür dələduzluq sxeminin müəlliflərini tanımaq istərdi. Bundan əlavə olaraq o bu sxemi kreativ adlandırıb. Qeyd etmək lazımdır ki, bu cür istifadəçi hesablarının bloklanması Twitter-in yeni alqoritmi sayəsində sürətli şəkildə baş verir. Lakin bununla belə təsdiqlənmiş istifadəçi hesabları hələ də özlərinə Elon Musk adını qoya bilərlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər