Twitter'in reklam partnyorları icazəsiz olaraq istifadəçilərin məlumatlarını əldə edirdilər

07.08.2019 0 PAYLAŞIM 74 OXUNMA

    Twitter sosial şəbəkəsi özünün mobil tətbiqinin ayarlarında aşkar edilmiş sistem boşluğu barəsində xəbər verib. Beləliklə 2018-ci ilin may ayından başlayaraq şirkətin reklam partnyorları istifadəçilərin reklam elanlarına klik etdikləri zaman onların özəl məlumatlarını əldə edə bilirdilər. Bu barədə Digger.ru saytı xəbər verib.

    Bu üsul ilə sosial şəbəkədən istifadəçilərin reklam elanları ilə qarşılıqlı əlaqədə olub-olmadıqlarını və olduqları halda bunun nə zaman baş verdiyini öyrənmək olurdu. Twitter etiraf edib ki, o, istifadəçilərin chazlarında olmuş məlumatlardan icazəsiz istifadə edib. Şirkət qeyd edib ki, o, istifadəçilərin şifrələrini və elektron ünvanlarını üçüncü tərəflərə ötürməyib.

    Sözügedən sistem boşluğu 5 avqust tarixində aradan qaldırılıb. Şirkət bu sistem boşluğunun hansı sayda istifadəçi hesablarını əhatə etdiyi barəsində bir məlumat verməyib. Bununla yanaşı o qeyd edib ki, təhlükəsizlik baxımından istifadəçilərin öz hesablarındakı ayarları düzəltməyə ehtiyac yoxdur.