Logo
    main-post-cover

    "Twitter" istifadəçilərinə necə pul qazandıracaq?

    "Facebook”un media şirkət olması barəsində müzakirə etmək olar. Lakin açıq-aydın bilinir ki, "Twitter” media şirkət deyil.

    Yaxın günlərdə şirkətin yeni planları haqqında müzakirələr aparılıb. Bu planların arasında sayta video yükləyən istifadəçilər ilə əldə edilmiş gəlirin paylaşılması da yer alıb. "Technote”un "Ru.pcmag.com”a istinadən verdiyi xəbərə əsasən planın bir hissəsi, yüklənmiş videonun əvvəlinə reklamın yerləşdirilməsindən ibarətdir. Bu üsuldan artıq neçə illərdir ki, məşhur və böyük video servis YouTube istifadə edir. Videonu yükləyən şəxslər video-tweetin göndərilməsindən öncə müvafiq işarəni işarələdikdən sonra videonun əvvəlinə reklam elanını yerləşdirə biləcəklər. "Twitter”isə öz növbəsində bu reklam elanlarından əldə edilmiş gəlirin bir hissəsini videonu yükləmiş şəxslə bölüşmıyi planlaşdırır.
    Öz istifadəçiləri üçün videonu gəlir mənbəyi kimi inkişaf etdirmək "Twitter” tərəfindən atılmış doğru addımdır. Qeyd edək ki, bu ilin əvvəlində şirkət öz tətbiqini App Store-da "News” bölməsinə keçirtmişdi. Beləliklə tətbiq yükləmələr arasında birinci yeri tutmağı bacarmışdır. Ondan öncə isə tətbiq "Social Media” bölməsində 10-cu yerdə qərarlaşmışdı.
    Paylaş
    Bənzər xəbərlər