Twitter vasitəsilə şəxsi məlumatları necə əldə edirlər?
Elm & Texnologiya
07.05.2017
Farid
Siz Twitter-ə gün ərzində ən
azı 8 dəfə daxil oldunuz. Hansısa maraqlı şəkil paylaşdınız və dostlarınızla
zarafat etdiniz. Bu qədər. Siz hətda peşəkar olmayan xakerə belə lazımi məlumatları
verdiniz ki, o sizin iş və ev ünvanınızı aşkar etsin. Massaçusets Texnologiya
Universitetinin Internet Policy Research Initiative adlı layihəsi özlərinin belə
xəbərsiz olduqları halda sosial şəbəkələrdə nə dərəcədə çox şəxsi məlumatları
paylaşdıqlarını insanlara göstərmək üçün nəzərdə tutulub. Sonuncu müşahidə
zamanı kompüter və şəbəkələrə aidiyyatı olmayan insanlara yad şəxslərin sonuncu
tweet-ləri haqqında məlumatlar verilmişdi. Nəticədə onlar həmin şəxslərin iş və
ev ünvanlarını aşkar edirdilər. "Bir çox insanlar düşünürlər ki, adi tweet-lərdən
lazımi məlumatları yalnız mürəkkəb kompüter sistemləri əldə edə bilirlər. Hər
bir şəxs düşünür ki, şəxsi məlumatları şəbəkədən əldə edə biləcək fərasətli mütəxəssis
yoxdur. Əslində isə bu çox sadədir. Tweet ilə yanaşı siz həmdə harada
olduğunuzu paylaşırsız. Sizin dəqiq ünvanınızı öyrənmək üçün isə minimum bilik
və texniki şərait lazımdır” – deyə müşahidənin iştirakçılarından biri qeyd
edib. Tweet-lərin koordinatlarla əlaqəsi Twitter-də deaktiv şəkildə olur. Lakin
bir çox istifadəçilər onu aktiv edərək public şəkildə paylaşırlar. Nəticədə özləri
də bilmədən öz şəxsi məlumatlarını hamı üçün əlçatan edirlər. Bir gün bəs edir
ki, hansısa şəxsin iş və ev ünvanı aşkar olunsun.
Paylaş
Bənzər xəbərlər