
Twitter\'ə yaxın zamanda stiker dəstəyi gələ bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Günümüzde bir çox mesajlaşma proqramının əsas xüsusiyyətləri arasında gələn stikerləri hər kəs bəyənərək istifadə edir.
İnsanlar bu stikerlər ilə fotolarını daha rəngli və diqqət çəkici edirlər. Son gələn məlumatlara görə bu prosesə Twitter də daxil olmağı planlaşdırır.
Recode’dan gələn məlumatlara görə 10. yaşını qeyd edən sosial mediya nəhənglərindən olan Twitter, hal hazırda bu funksiyanı aktiv olaraq testerlər vasitəsilə yoxlayır. Servisin bu insanlarla daim əlaqədə olduğu və onların fikirləri ilə funksiyanı daha da inkişaf etdirdikləri deyilir. Bununla bağlı başqa məlumat isə paylaşılmır. Bu funksiyanın digər istifadəçilər üçün nə vaxt aktiv olacağı isə hələki dəqiq bilinmir.
Daha yaxşı xidmət təklif etmək üçün davamlı olaraq testlər edən Twitter, bu addımlarla, xüsusilə gənclər arasındalı populyarlığı daha da artırmağı hədəfləyir.
Paylaş
Bənzər xəbərlər