
"Twitter"i məhkəməyə verdilər
Elm & Texnologiya
07.05.2017
Farid
"Twitter”-n səhmdarlarından biri olan Doris Şenvik şirkəti məhkəməyə verib.
Səbəb isə şirkətin sosial şəbəkənin
auditoriyasının artırılması haqqında öhdəliyinin yerinə yetirilməməsi olub.
Doris-in bildirdiyinə görə 2014-cü ilin Noyabr ayında şirkətin böyümə
perspektivləri haqqında məlumatlar verilərək investorlar aldadılıb. Hələ onda
sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayının 550 milyona qədər
artırılması söz verilmişdi. Bu göstərici hal-hazırki perspektivlər üçün idi. Gələcək
perspektivlər üçün isə 1 milyard göstərici planlaşdırılırdı. İttihamda qeyd
olunub ki, şirkətin bu cür sözlər verməsində heç bir ciddi əsaslar olmayıb. 30
İyun tarəki göstəricilərə əsasən sosial şəbəkə aylıq 313 milyon aktiv istifadəçiyə
sahib olub. "Twitter” öz auditoriyasını saxlamaqda ciddi səylər göstərir. Belə
ki, istifadəçilər Instagram və Snapchat kimi platformalara keçid edirlər.
Paylaş
Bənzər xəbərlər