
"Uber"-dən sürücülərinə böyük jest
Elm & Texnologiya
07.05.2017
Farid
"Uber" öz fəaliyyət sahəsini genişləndirmək üçün cəlb etdiyi sürücülərə maşın
almaqda və kredit götürməkdə yardımçı olacağını bildirib. "Exeter Finance" ilə ortaqlıq etməyə
başlayan Uber artıq sürücülərə maşın alması və kredit götürməsi üçün maddi
yardım edə biləcək. Belə ki, 50 min insan bu proqramdan yararlana biləcək. Bu
haqda məlumatı "Financial Times" verib. Sürücülər aldıqları kreditləri və lizinqləri
Uber-lə əməkdaşlıq zamanı qazanılan məbləğdən faiz çıxmaqla ödəyəcəklər. Uber
proqramın inkişafı üçün 1 milyard dollar investisiya qoymağı planlayır. 6 il əvvəl
qurulmasına baxmayaraq, artıq dünyanın 60 ölkəsində fəaliyyət göstərir. Uber Silikon
vadisində 68 milyard dollar alaraq ən bahalı startap layihəsi olmağı bacarıb.
Paylaş
Bənzər xəbərlər