
'Uber' dəfələrlə polis yoxlanışı səbəbilə digər ofislərindəki kompüterləri uzaqdan blocklayırmış
Elm & Texnologiya
11.01.2018
Emil
Digər ölkələrdəki ofislərdə polis axtarışı zamanı ordakı kompüterləri uzaqdan block etməyə imkan verən xüsusi tətbiqdən “Uber” şirkəti minimum 24 dəfə istifadə edib.
Bu barədə Bloomberg saytı hadisə
ilə yaxından tanış olan 3 anonim insana istinadən bildirib. “Uber”in özündə həmin
tətbiqi Ripley adlandırıblar. Anonim şəxslərin verdikləri məlumata əsasən polis
axtarışları zamanı kimsə şirkətin San Fransiskodakı baş ofisinə zəng edirdi.
Daha sonra baş ofisdəki şəxslər operativ olaraq sözügedən tətbiqi işə salaraq
axtarışın getdiyi ofisdəki kompüter və smartfonlara girişi blocklayırdılar. Bu
səbəbdən polislər heç bir məlumat əldə etmədən əliboş geri qayıdırdılar.
Bu cür
təcili düymələr bir çox şirkətlərdə var. Lakin həmin şirkətlər ondan “Uber” kimi
mütəmadi istifadə etmirlər. Məlumata əsasən Ripley tətbiqindən 2015-ci ilin yaz
fəslindən 2016-cı ilin sonunadək mütəmadi istifadə edilib. Bu tətbiqdən istifadə
hallarından biri də 2015-ci ilin May ayında olmuşdu. Şirkətin Kvebek şəhərindəki
(Kaliforniya) ofisinə 10 nəfər polis əməkdaşı gəlmişdi. Lakin onlar da heç bir
məlumat almadan əliboş qayıtmışdılar. Anonim şəxslər həmçinin qeyd ediblər ki,
tətbiqin son versiyası seçilmiş məlumatların polis əməkdaşları kimi insanlara
verilməsi funksiyasını özündə birləşdirir.
Paylaş
Bənzər xəbərlər