main-post-cover

    Uber Eats dron ilə yemək daşınması servisini test etdi

    Elm & Texnologiya
    02.08.2019
    Farid Pardashunas
       Hazır yemək çatdırılması üzrə fəaliyyət göstərən servislərin xidmətlərinə tələbat çox olduğundan kuryerlər çox zaman sifarişləri vaxtı-vaxtında yerinə yetirə bilmirlər. Uber Eats şirkəti bu problemi pilotsuz dron vasitəsilə həll etməyi təklif edir. Şirkət artıq ilk robotlaşdırılmış kuryerin işini test edib. Bu barədə Prweb.com saytına istinadən 4pda saytı xəbər verib. VOXL adlı dron yeməklərdən ibarət olan yükü uğurlu şəkildə lazımi ünvanlara çatdırıb.
        Bu dron ModalAI şirkətinin iştirakı ilə yaradılıb. Bu şirkət hətta operatorun dron kamera görüntüsünü əldə edə bilmədiyi bir vaxtda da 4G şəbəkə dəstəyi ilə sifarişləri yerinə yetirməyi bacaran mobil platforma yaradıb. GPS siqnallar vasitəsilə fəaliyyət göstərən digər sistemlərdən fərqli olaraq VOXL adlı dron hətta şəbəkənin itdiyi bir vaxtda da öz fəaliyyətini reallaşdıra bilir.
        Test çərçivəsində bu platforma hava mühitini izləmək və Uber servislərindən istifadə edərək öz marşrutunu təyin etməkdən əlavə olaraq dronun yerləşdiyi yeri virtual xəritədə təyin edirdi. Beləliklə sözügedən platforma operatorun iştirakını minimuma endirir. ModalAI şirkətinin bu platformasının inteqrasiyası Uber Eats-in təşəbbüsü üçün ən optimal variantdır. Bu layihədə həmçinin Qualcomm şirkəti də iştirak edib. Belə ki, onun hazırladığı çiplər dronun işində əsas rolu oynsyıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər