Uber'in Cənubi Asiyadakı biznesini almış Grab taksi servisi 2 milyard dollar investisiya aldı
Elm & Texnologiya
02.08.2018
Farid Pardashunas
Cənubi Asiya bazarında fəaliyyət göstərən Grab taksi servisi
yeni investisiya raundu çərçivəsində 2 milyard dollar investisiya cəlb etdiyini
bildirdi. 2 milyard dollar investisiya məbləğindən 1 milyard odolları Toyota
şirkətinin payına düşür. Toyota şirkətinin bu taksi servisinə investisiya
yatırması xəbəri hələ bu ilin İyun ayında yayılmışdı. İnvestisiyanın qalan məbləği
isə OppenheimerFunds, Ping An Capital və digər fondlar vasitəsilə yığılıb.
Toyota ilə bağlanmış müqavilədən sonra Grab-ın dəyəri 10 milyard dollar təşkil
edirdi. Yeni investisiya yatırımlarından sonra isə onun dəyəri 11 milyard
dollar oldu. Grab onu da qeyd edib ki, hal hazırki investisiya raundu hələ bitməyib.
Bu isə o deməkdir ki, şirkət əlavə investisiya vasitələri əldə edə bilər. Qeyd
etmək lazımdır ki, bu ilin Mart ayında Grab Uber şirkətinin Cənubi Asiya
bazarındakı biznesini almışdı. Həmin müqavilə çərçivəsində Uber şirkəti Grab-ın
27.5% səhmini əldə etdi və Uber-in hal hazırki CEO-su Dara Khosrowshahi Grab-ın
direktorlar şurasına daxil oldu. Məlumata əsasən Grab taksi servisi 9 ölkənin 225
şəhərdə fəaliyyət göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ