Logo
    main-post-cover

    Uber-in pilotsuz avtomobili ucbatından ABŞ-da bir qadın həyatını itirdi

        Uber şirkəti ABŞ-ın bütün şəhərlərində pilotsuz avtomobillərin testlərini dayandırıb. Belə ki, şirkətə məxsus pilotsuz avtomobillərdən biri yolda bir qadını vurub və hadisə nəticəsində qadın vəfat edib. Sözügedən hadisə Arizona ştatının Tempe şəhərində baş verib. Şirkətin hal-hazırki CEO-su olan Dara Khosrowshahi vəfat etmiş qadının yaxınlarına başsağlığı verib.
    “Bizim düşüncələrimiz onun yaxınları ilədir və biz nəyin baş verdiyini anlamaq üçün yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik” – deyə o öz Twitter hesabında bildirib.
        Yerli kütləvi informasiya vasitələri baş vermiş hadisənin təfərrüatlarını paylaşıblar. Sözügedən qəza 18 Mart tarixində təqribi olaraq gecə saat 21:00 radələrində baş verib. Lakin qəza haqqında detallar bir gün sonra məlum olub. Gecə vaxtı vəfat etmiş qadın öz velosipedi ilə yolu keçirmiş. Həmin anda isə Uber şirkətinə məxsus olan pilotsuz avtomobil həmin qadını vurub. Zərərçəkmiş qadın xəstəxanada vəfat edib. Polis bu hadisə üzrə istintaqını aparır və o artıq təyin edib ki, hadisə zamanı avtomobilin sükanı arxasında insan olubmuş. Lakin buna baxmayaraq avtomobil avtopilot rejimində çalışıb.
    Paylaş
    Bənzər xəbərlər