main-post-cover

    'Uber'in yeni CEO vəzifəsinə 'Facebook'dan olan namizəd kimdir?

    Elm & Texnologiya
    22.06.2017
    Farid Pardashunas

    “Uber”in direktorlar şurası, şirkətin yeni CEO vəzifəsini “Facebook”un top menecerinə təklif etməyi planlaşdırır.

    Söhbət, Sheryl Sandberg-dən gedir. Sandberg, 2008-ci ildən “Facebook”da əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışır. 2012-ci ildən isə o, direktorlar şurasının nümayəndəsi olaraq həmin şuranın ilk qadın təmsilçisi olub. Məlumata əsasən Sandberg-in bu məsələdə namizədliyini idarə edən şəxs isə “Uber”in direktorlar şurasının üzvü Arianna Huffington-dur. Onun fikrincə şirkətin direktoru məhz qadın olmalıdır. Onu da qeyd etmək lazımdır ki, şirkətin yeni direktor vəzifəsinə tam dəqiq kimin seçildiyi barəsində hələki heç bir məlumat yoxdur. Bu vəzifəyə əsas namizədlər siyahısında həmçinin “CVS” şirkətinin icraçı direktoru Helena Foulkes, “Disney”in keçmiş maliyyə direktoru Tom Staggs və “Yahoo”nun icraçı direktoru Marissa Mayer kimi şəxslər var. Qeyd etmək lazımdır ki, 21 İyun tarixində şirkətin keçmiş CEO-su Travis Kalanick-in, 5 böyü səhm şirkətinin təzyiqi nəticəsində "Uber"i tərk etməsi barəsində rəsmi məlumat verildi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər