
Uber öz nüfuzunun bərpası üçün 500 milyon dollarlıq reklam kampaniyasına start verib (VİDEO)
Elm & Texnologiya
06.06.2018
Emil
Uber şirkəti Travis Kalanick-in
başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa
etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək.
Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən
ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal
hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks
olunub.
Həmin videolarda Dara əməkdaşlar, sürücülər və sərnişinlər üçün ən
yaxşı mədəniyyəti yaradacağına söz verib. “Uber-in əsas dəyərlərindən biri də həmişə
düzgün qərar verməkdir. Bizim səhv etdiyimiz zamanlar olub. Lakin biz geri
dönüş üçün açığıq. Biz problemlərin məsuliyyətini öz boynumuza götürərək onları
həll etməyə hazırıq” – deyə Dara bildirib. Bu aydan başlayaraq Uber aktiv şəkildə
internetdə, və bütün dünya üzrə reklam bannerləri vasitəsilə reklam olunacaq. “2-3
il bundan öncə insanlarda Uber barəsində mənfi fikirlərin olması faktı bizim
brendimizə və biznesimizə zərər verir. Biz bunu dəyişməliyik” – deyə Dara bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
