main-post-cover

    'Uber' öz rəqiblərinin gizli məlumatlarını əldə etmək üçün CIA casuslarından istifadə edirmiş

    Elm & Texnologiya
    29.11.2017
    Farid Pardashunas
     “Uber” şirkətinin rəhbərliyi öz rəqiblərinin kommersiya sirlərini əldə etmək üçün keçmiş CIA əməkdaşlarının xidmətlərindən istifadə edibmiş.
    Bu barədə Associated Press saytı şirkətin qlobal kəşfiyyat üzrə keçmiş əməkdaşı Richard Jacobs-un məlumatlarına istinadən xəbər verib. Jacobs “Uber”i pilotsuz texnologiyaların oğurlanmasında ittiham edən “Waymo” şirkətinin məhkəmə prosesində iştirak edib. O bildirib ki, “Uber” bir neçə vasitəçi şirkət vasitəsilə keçmiş CIA əməkdaşlarını işə götürübmüş. Onlar isə öz növbəsində rəqib şirkətlərin kompüter şəbəkələrinə daxil olmaqda “Uber”ə yardımçı olublar.
    Jacobs-un sözlərinə əsasən bu izləmə prosesi xaricdə edilirmiş. Söhbətin hansı rəqib şirkətlərindən getdiyi isə bilinmir. Jacobs 2016-cı ilə kimi “Uber”də çalışıb və təhlükəsizlik məsələlərinə cavabdeh olub. Lakin 7 ay öncə o, işdən azad edilmişdir. Daha sonra onun vəkili 37 səhifəlik xüsusi sənəd təqdim etmişdir. Həmin sənəddə “Uber” tərəfindən cəlb olunmuş casus komandasının öz qeyri-qanuni fəaliyyətləri və rəqəmsal izlərin saxlanmaması üçün xüsusi kompüter və cihazlardan necə istifadə etdiyi barəsində məlumatlar əks olunub.
    Menecerin məhkəmədə çıxışından sonra “Waymo” şirkəti 4 Dekabr tarixində olacaq məhkəmə prosesinin digər vaxta kimi təxirə salınmasını xahiş edib. Beləlikllə şirkət bu məsələdə daha çox sübut yığacağına əmindir. Qeyd etmək lazımdır ki, “Waymo” şrikəti tərəfindən bu məhkəmə iddiası bu ilin əvvəlində start götürmüşdü. O, keçmiş “Google” işçisi Anthony Lewandovki-nin “Uber”ə 14.000 gizli məlumat verməkdə şirkəti günahlandırır və ondan özünün pilotsuz avtomobil istehsalını dayandırmasını tələb edir. Bundan əlavə olaraq o, “Uber”dən 1.9 milyard dollar vəsaitin ödənilməsini istəyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər