main-post-cover

    Uber özünün uçan taksi servisinin yeni konseptini təqdim etdi

    Elm & Texnologiya
    08.05.2018
    Farid Pardashunas
    Uber tərəfindən Los Ancelesdə keçirilən Elevate adlı tədbirdə şirkət özünün uçan maşınının yeni konseptini təqdim edib. Şirkətin 2023-cü ilə kimi hava taksisi kimi istifadə etməyi planlaşdırdığı bu aparat xarici görünüşcə təyyarə ilə vertolyotun birləşməsinə bənzəyir. Sözügedən uçan aparat dönmə pərinin yerinə üfüqi şəkildə yerləşdirilmiş əyilə bilən 4 pərlə təchiz olunub. Həmin pərlər aparatın qaldırıcı gücü üçün nəzərdə tutulub və məsələn eniş edən zaman əyilə bilir.

    Beşinci pər isə irəli istiqamətdə hərəkət üçün nəzərdə tutulub. Əgər pərlərdən biri sıradan çıxsa digər pərlər aparatın təhlükəsiz enişinə yardımçı olacaqlar. Güman olunur ki, sözügedən aparat elektriklə çalışacaq və 300-600 metr yüksəklikdə hərəkət edə biləcək. Uçan taksi üçün olacaq eniş sahələri isə göydələnlərin damlarında yerləşəcəklər. Həmin eniş sahələrindən hər biri saatda 200 uçuş reallaşdıra bilər. İlkin mərhələdə uçan taksi pilot vasitəsilə idarə olunacaq. Müəyyən müddətdən sonra isə idarəetmə avtonom rejimə keçəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər