Uber şirkəti 2021-ci ildə yeməkləri alıcılara dronlar vasitəsilə çatdırmağı planlaşdırır
Elm & Texnologiya
22.10.2018
Farid Pardashunas
The Wall Street Journal saytının jurnalistləri Uber şirkətinin saytında maraqlı vakansiya ilə qarşılaşıblar. Belə ki, şirkət 2019-cu il üçün özünün dron istehsalına və 2021-ci il üçün onların kommersiya məqsədli istifadəsinə yardım edəcək top menecer axtarır. Saytın jurnalistlərinin bu məsələ ilə bağlı Uber şirkətinə sorğu göndərmələrindən sonra şirkət həmin vakansiyanı öz saytından pozub və bildirib ki, pozulmuş vakansiya şirkətin hələki hazırlanma mərhələsində olan layihəsinin düzgün təsvirini ortaya qoymayıb. Qeyd etmək lazımdır ki, bu ilin May ayında Uber, Apple və Microsoft kimi şirkətlər qida məhsullarının dronlar vasitəsilə alıcılara çatdırılması üçün dövlət orqanlarından icazə almışdılar. Bununla yanaşı ABŞ-ın Nəqliyyat Nazirliyi bu məsələdə Amazon şirkətinə və Çinin DJI markalı dron istehsalçısına rəd cavabı vermişdi. Həmin vaxtda Uber şirkətinin hal hazırki CEO-su Dara Khosrowshahi bildirmişdi ki, şirkətə “uçan burgerlər” lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)