main-post-cover

    Uber şirkəti IPO nəticəsində 10 milyard dollar investisiya cəlb etməyi planlaşdırır

    Elm & Texnologiya
    10.04.2019
    Farid Pardashunas
        IPO nəticəsində Uber şirkəti 10 milyard dəyərində səhmlər satmağı planlaşdırır. Bu barədə Reuters saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən bu barədə rəsmi məlumatı Uber şirkəti artıq sabah verməlidir. Səhmlərin yerləşdirilməsi üçün şirkət Nyu York fond birjasını seçib. Səhmlərin satışlarına isə may ayında start verilə bilər. Məlumata əsasən Uber 90-100 milyard dollar bazar dəyərləndirilməsinə ümid edir. Şirkət təmsilçiləri bu barədə rəsmi fikir bildirməkdən imtina ediblər.
        Qeyd etmək lazımdır ki, daha öncə Morgan Stanley Goldman Sachs kimi investisiya bankları Uber şirkətini 120 milyard dollar dəyərində qiymətləndirmişdilər. 29 mart tarixində Uber şrikətinin ABŞ bazarında ən böyükj rəqibi olan Lyft servisinin IPO-su keçirilmişdi. Səhmlərin satışının ilk günündə Lyft-in bazar dəyəri 24.7 milyard dollar təşkil etmişdi. Lakin növbəti gün səhmlərin qiymətləri onların yerləşdirilmə qiymətlərindən aşağı düşmüşdü. 9 aprel tarixində Lyft-in bazar dəyəri 19.3 milyard dollar təşkil etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər