Logo
    Uber şirkəti IPO öncəsi özünü 83.8 milyard dollar dəyərində qiymətləndirdi

    Uber şirkəti IPO öncəsi özünü 83.8 milyard dollar dəyərində qiymətləndirdi

      Şirkət sənədlərindəki məlumata əsasən Uber taksi servisi IPO öncəsi səhmlərin qiymətlərini təyin edib. Bir rsəhmin qiyməti 44-50$ təşkil edəcək. Bu cür qiymət göstəricisi ilə Uber-in IPO öncəsi bazar dəyəri maksimum 83.8 milyard dollar təşkil edəcək. Bu isə əvvəlki proqnozlardan 36 milyard dollar azdır. Bu barədə Vc.ru saytı xəbər verib.
      Şirkət birjaya 180 milyon səhmi satışa çıxardacaq və IPO ərzində 9 milyard dollardan az investisiya cəlb etməyi planlaşdırmır. IPO-nun dəqiq keçirilmə tarixi barəsində hələ də məlumat yoxdur. İlk əvvəl şirkətə yaxın mənbələr məlumat vermişdilər ki, Uber özünü IPO öncəsi 120 milyard dollar dəyərində qiymətləndirəcək. Sonuncu dəfə şirkət 76 milyard dollar bazar dəyəri göstəricisi ilə investisiya cəlb etmişdi.
      2019-cu ilin birinci rüb nəticələrinə əsasən Uber şirkəti 3.07 milyard dollar gəlirin fonunda 1.07 milyard dollar vəsait itkisinin olacağını gözləyir. Bununla yanaşı şirkət PayPal-dan 500 milyon dollar investisiya əldə edib. Uber şirkətinin ABŞ-dakı əsas rəqibi olan Lyft bu ilin mart ayının sonunda birjaya çıxmışdı. Həmin ərəfədə Lyft IPO öncəsi özünü 21-23 milyard dollar dəyərində qiymətləndirmişdi. Həmin vaxtdan bəri servisin səhmləri aşağı düşürdü. Aprel ayında isə Lyft-in bazar dəyəri 16.11 milyard dollara kimi düşdü.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Uber şirkəti IPO öncəsi özünü 83.8 milyard dollar dəyərində qiymətləndirdi