main-post-cover

    Uber şirkəti Uber Copter adlı vertolyot taksi servisini anons etdi

    Elm & Texnologiya
    06.06.2019
    Farid Pardashunas
        Uber şirkəti vertolyot vasitəsilə sərnişin daşıma servisini anons etdi. Bu barədə The New York Times saytına istinadən Rusbase saytı xəbər verib. Şirkətin yeni servisi Uber Copter adını əldə edib. Uber Copter-in 9 iyul tarixində Nyu Yorkda istifadəyə verilməsi planlaşdırılır. Servisin ilk marşrutu isə Aşağı Manhetten ilə John Kennedy adına beynəlxalq hava limanını birləşdirəcək. Bu nəqliyyat növünün sifarişi özündə 8 dəqiqəlik vertolyot uçuşunu və həmçinin uçuşdan əvvəl və sonra da yerüstü nəqliyyat növü ilə daşınmanı birləşdirəcək.
        Daşınmanın ümumi vaxtı 30 dəqiqə çəkəcək. Hal hazırda eyni marşrut ilə daşınma pik vaxtda 2 saat zaman aparır. Uber Copter həftənin bazar ertəsindən cümə gününə kimi fəaliyyət göstərəcək, onun bir sərnişin üçün olacaq qiyməti isə 200-225$ təşkil edəcək. Bu servisin xidmətini korporativ loyallıq proqramında Platinum Diamond statusuna sahib Uber istifadəçiləri sifariş edə biləcəklər. Şirkət isə öz növbəsində bu servisin istifadəyə veriləcəyi şəhərlərin və servisdən istifadə edəcək insanların sayını artırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər