Uber tez zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works servisini test edir

Uber tez zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works servisini test edir

Texnologiya
19.10.2018 PAYLAŞIM

    Yaxın zamanda Uber-də çalışmaq üçün avtomobilə sahib olmaq şərt olmayacaq. Belə ki, şirkət tez bir zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works adlı servis hazırlayır. Bu servis vasitəsilə işə düzəlmək istəyənlər üçün xüsusi təcrübə lazım olmayacaq. Məsələn insanlar şirkətdə mühafizəçi və ya ofisiant qismində çalışa biləcəklər.

    Uber tez bir zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works servisini hal hazırda Çikaqoda test edir. Beləliklə yaxın zamanda avtomobilə sahib olmayan şəxslər də bu şirkətdə çalışa biləcəklər. Uber Works servisi Uber-in Uber EatsUber Advanced Technologies adlı törəmə şirkətləri kimi müstəqil şəkildə fəaliyyət göstərəcək. Uber Works sayəsində şirkətlər əlavə qazanc əldə etmək istəyən və bununla yanaşı böyük təcrübəyə ehtiyac duyulmayan insanları müəyyən müddətlik işə götürə biləcəklər.

Bənzər xəbər


    Sözügedən layihə bir neçə ay ərzində ərsəyə gəlib. Bundan öncə servis Los Ancelesdə test olunurdu. İndi isə növbə Çikaqodadır. Qeyd etmək lazımdır ki, Uber şirkəti bu cür yeni biznes layihələrini IPO öncəsi reallaşdırır. Şirkətin hal hazırki CEO-su Dara Khosrowshahi şirkəti gələn ilin əvvəlində birjaya çıxartmağı planlaşdırır. Hal hazırda Uber ictimai olmayan ən böyük şirkətdir. Onun bazar dəyəri 72 milyard dollar təşkil edir. Buna baxmayaraq Uber gəlir cəhətdən zərər gətirən şirkət olaraq qalır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×