main-post-cover

    Uber və Lyft IPO keçirtmək üçün eyni vaxtda sorğu göndəriblər

    Elm & Texnologiya
    08.12.2018
    Farid Pardashunas
        Uber Technologies şirkəti birjada səhmlərin ilkin yerləşdirilməsi üzrə (IPO) qeydiyyatdan keçmək üçün sorğu göndərib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə həmin sorğunu həmçinin Uber-in ABŞ-dakı ən böyük rəqibi olan Lyft taksi servisi də göndərmişdi. IPO nəticəsində Uber investorlar tərəfindən 120 milyard dollar dəyərində qiymətlədirilə bilər. Şirkət sonuncu dəfə investisiya əldə etdikdə onun bazar dəyəri 76 milyard dollar təşkil edirdi. Şirkətin listinqi gələn ildə Silikon Vadisinin IPO keçirtməyi planlaşdıran şirkətləri arasında ən böyüyü olacaq.
        Qeyd etmək lazımdır ki, gələn il həmçinin Airbnb Slack servisləri də IPO keçirtməyi planlaşdırırlar. Lakin bazarda olan hal hazırki qeyri-stabillik şirkətlərin planlarını dəyişə bilər. Uber ilə Lyft servislərinin IPO-ları zamanı məlum olacaq ki, 10 il bundan öncə yaranmış, məşhurluğuna baxmayaraq vəsait itkiləri yaşayan bu biznes investorlara maraqlıdır yoxsa yox. Qeyd etmək lazımdır ki, Uber bu ilin üçüncü rübündə 1.07 milyard dollar vəsait itirdi. Hal hazırda şirkət böyümənin ləngiməsi problemini həll etməyə çalışır. Buna baxmayaraq şirkətin həmin müddət üçün olan təmiz gəlir göstəricisi 2.95 milyard dollar təşkil edib. Bu isə əvvəlki rübdəki göstəricidən 5% çoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər