main-post-cover

    UberAir adlı pilotsuz aerotaksi servisinin testinə 2020-ci ildə start veriləcək

    Elm & Texnologiya
    12.06.2019
    Farid Pardashunas
        Uber şirkəti 2020-ci ildə Avstraliyanın Melburn şəhərində UberAir adlı pilotsuz aerotaksi servisi üçün test xəttini istifadəyə verəcək. Həmin test xətti hava limanı ilə şəhərdəki ticarət mərkəzlərindən birini birləşdirəcək. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib.
        Sözügedən test xəttinin marşrutu 19 kilometr təşkil edəcək. Həmin məsafəni hava yolu ilə qətt etmək üçün 10 dəqiqə vaxt lazım olacaq. Qeyd etmək lazımdır ki, eyni yolu avtomobil ilə qətt etmək üçün 15 dəqiqə artıq vaxt sərf etmək lazımdır. İlk öncə Uber şirkəti öz yeni servisinin beynəlxalq test sahəsi kimi Dubay şəhərini seçmişdio. Lakin servisin testinin həmin şəhərdə reallaşdırılmasının gecikməsi səbəbilə şirkət məkanı Melburn şəhəri ilə əvəz etməli oldu.
        Uber şirkətinin Avstraliya şöbəsi üzrə general menecerinin sözlərinə əsasən şirkət Melburn şəhərini unikal demoqrafik faktor və texnoloji ilə innovasiya mədəniyyəti səbəbilə seçib. Bundan əlavə olaraq Avstraliya ride-sharing-i leqallaşdıran ilk təmsilçilərdən biri olub. Uber şirkəti UberAir servisinin testini həmçinin Los Anceles və Dallas şəhərlərində də reallaşdırmağı planlaşdırır. Servisin kommersiya məqsədli istifadəsinə isə 2023-cü ildə start verilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər