main-post-cover

    UberAir adlı uçan taksi xidməti haqqında yeni məlumatlar (VİDEO)

    Elm & Texnologiya
    13.02.2018
    Farid Pardashunas
    “Uber”in uçan taksi layihəsi hələ də aktiv şəkildə hazırlanma prosesindədir.
    Şirkətin bu istiqaməti üzrə rəhbəri Justin Erlich Techcrunch saytına layihə ilə bağlı bəzi məlumatları verib. Beləliklə məlum olub ki, layihənin işə salındığı ilkin vaxtlarda uçan taksi vasitəsilə 100 km-dən çox yol qətt etmək mümkün olmayacaq və uçan aparat sərnişinin evinə gəlməyəcək. İlkin mərhələdə uçan aparat sərnişini yaxın eniş yerindən götürəcək. Hava taksisi ideyasının əsas konsepti dəyişilməz olaraq qalıb. Tıxaclarsız və lazımsız zaman itkisinin olmaması sayəsində sərnişin lazımi yerə çata biləcək. Lakin bu ideyanı iki formatda istifadə etmək planlaşdırılır.
    Birinci format şəhərdaxili, ikinci format isə şəhərlərarası uçuşlardır. Erlich öz müsahibəsində Los Anceles şəhərini misal gətirib. Həmin şəhərin hava limanına tıxacların olması səbəbilə çatmaq çox çətindir. UberAir bu işi asanlaşdırmağa yönəlib. Bu birinci formatdır. İkinci format isə məsələn Los Ancelesdən San Xosenin mərkəzinə səyahət etməkdir. Burda artıq problem tıxaclar deyil, böyük məsafədir. UberAir sayəsində sərnişinlər həmin məsafəni tez bir zamanda qətt edə biləcəklər. Ənənəvi Uber-dən fərqli olaraq Air xidməti birgə istifadə iqtisadiyyatı formatında çalışacaq. Bu isə o deməkdir ki, sərnişin çox güman ki, hava limanına tək uçmayacaq. O, hava limanına uçmağı məqsəd qoymuş digər sərnişinlərlə uçacaq.

    Bu, xidmətin kütləvi istehlakçıya əlçatan olunması üçün edilir. Şirkətin sözlərinə əsasən ideal vəziyyətdə istifadəçi uçan taksi servisinə keçid zamanı ani qiymət artımını hiss etməməlidir. Uçan taksinin xarici görünüşünə gəldikdə isə bu, vertolyot ilə təyyarənin hibridi olacaq. Erlich qeyd edib ki, bu aparatı uçan avtomobil adlandırmaq düzgün deyil. Hər-halda bu aparatlar adi avtomobillər üçün nəzərdə tutulmuş yollarda hərəkət edə bilmirlər və onlar üçün xüsusi eniş sahələri lazımdır. Həmçinin adi yoldan start götürərək uçmaq qabiliyyətinə sahib avtomobillər dövrünə hələ çox var. Lakin “Uber”in etdiyi artıq yaxın bir neçə il ərzində kütləvi istifadəyə verilə bilər. Güman olunur ki, növbəti onillikdə uçan taksilər şəhərlərin hava məkanını tamamilə tutacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər