
"Uber"in prezidenti, şirkətdən gedir
Elm & Texnologiya
07.05.2017
Farid
"Uber”in prezidenti Jeff Jones, şirkətdən getməyi qərara alıb.
O bu qərarı, sözügedən vəzifəyə başlayandan 6 ay sonra
verdi. "Uber”in baş direktoru Travis Kalanick, əməkdaşlara olan açıq məktubunda
qeyd edib ki, Jeff Jones bu qərarı, şirkətin, əməliyyatlar üzrə baş direktor vəzifəsinə
lazımi şəxsi axtardığı xəbərindən sonra verib. "Jeff çox çətin bir qərar qəbul
edib. Həmin qərara əsasən o, Uber-də öz gələcəyini görmür” – deyə Kalanick
bildirib. Qeyd etmək lazımdır ki, Jeff Jones-un şirkətdən getməsi, bir çox
qalmaqalın fonunda baş verib. Bu qalmaqallar arasında, keçmiş "Uber” əməkdaşının,
şirkətdə olan seksual məsələlər haqqında bəyanatından tutmuş, şirkətin, plis və
məmurları aldadan gizli proqram təminatı işlətməsi barədə New York Times qəzetində
yayımlanmış xəbərlər var.
Paylaş
Bənzər xəbərlər