main-post-cover

    Uçan Tesla Roadster? Yeni model Tesla Roadster 10 raket mühərriki ilə təchiz olunacaq

    Elm & Texnologiya
    11.06.2018
    Farid Pardashunas
        Tesla şirkətinin təsisçisi Elon Musk öz Twitter hesabında bildirib ki, yeni Tesla Roadster elektromobilinin SpaceX şirkəti tərəfindən təqdim olunacaq funksionallıq paketinə 10 kompakt raket sürətləndiricinin quraşdırılması daxil olacaq. “Yeni Tesla Roadster üçün SpaceX şirkətinin funksionallıq paketi özündə böyük olmayan 10 raket mühərrikini birləşdirəcək. Həmin raketlər avtomobilin ətrafında quraşdırılacaq. Sözügedən raket mühərrikləri avtomobilin maksimal sürətini, tormoz qabiliyyətini və döngələrdə dönməni daha da yaxşılaşdıracaq” – deyə Musk bildirib. Bununla belə o həmçinin qeyd edib ki, raket mühərriklərinin sayəsində elektromobil hətta çox güman ki, uça da biləcək. Qeyd etmək lazımdır ki, yeni model Tesla Roadster keçən ilin Noyabr ayında təqdim olunmuşdu. Elektromobilin 2020-ci ildə satışa çıxacağı güman olunur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər