Ucuz qiymətə flaqman smartfon: Xiaomi Poco F1 rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
22.08.2018
Farid Pardashunas
Bugün Xiaomi şirkəti Hindistanda özünün yeni Pocophone
subbrendinin ilk flaqman modeli olan Poco F1-i təqdim etdi. Bu smartfon modeli
barəsində hələ bir neçə müddət bundan öncə məlumatlar yayılanda qeyd olunurdu
ki, Poco F1 ucuz qiymət göstəricisinə sahib flaqman model olacaq. Bu məlumatlar
özünü doğrultdu. Belə ki, smartfon 18:9 nisbətli 6.18 inç Full HD+ ekran
(2246x1080 piksel keyfiyyətli) ilə təchiz olunub. Ekran həmçinin çıxıntı hissəyə
və Gorilla Glass qoruyucu şüşəsinə də sahibdir. Ekran üzərində olan çıxıntı
hissəsində istifadəçi üzünün infraqırmızı skan ötürücüsü var. Bu isə öz növbəsində
skan prosesini hətta qaranlıqda da rahat hala gətirir.
Smartfon həmçinin 2.8
GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru, GPU Adreno 630 qrafik sürətləndirici,
6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli) və
Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə Poco F1 12 MP + 5 MP ikili
arxa kamera və 20 MP-lik ön kameraya sahibdir. Smartfonun yuxarı hissəsində 3.5
mm-lik audiogiriş, aşağı hissəsində isə USB Type-C girişi var. Bütün bunlardan əlavə
olaraq smartfon həmdə maye soyuducu sistemə də sahibdir. Bunun sayəsində
posessor hətta ən yuxarı sistem göstəricilərini tələb edən tətbiqlərin
çalışması zamanı da yüklənməyə məruz qalmır.
Şirkətin yeni flaqman smartfonu
MIUI 9.6 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır.
Lakin şirkətin verdiyi məlumata əsasən artıq bu ilin 4-cü rübündə smartfon
Android 9.0 Pie əməliyyat sisteminə kimi yenilənəcək. Beləliklə 6 GB RAM və 64
GB daxili yaddaşa sahib versiya 300$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib
versiya 420$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 430$ qiymətinə
satılacaq. Hindistan bazarında Poco F1 artıq 29 Avqust tarixində satışa
çıxacaq. Digər bazarlarda bu smartfonun nə zaman satışa çıxacağı barəsində şirkət
heç bir məlumat verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)