Logo
    main-post-cover

    Ucuz Xiaomi Mi 6 gəlir

    Xiaomi-nin onsuz da ucuz olaraq satışa təqdim etdiyi Mi 6 modelinin daha da ucuz bir modeli çox yaxında satışa çıxarılacaq kimi görünür. Çünki cihazın 4 GB-lıq RAM modeli TENAA üzərində özünü göstərdi.
    Ötən may ayında satışa təqdim edilən Mi 6 modeli, ucuz qiymətinə qarşılıq təqdim etdiyi xüsusiyyətlər ilə könülləri fəth etmişdi. TENAA uzərində ortaya çıxan bir siyahıya görə cihazın daha da ucuz bir versiyası, 4 GB-lıq RAM və 64 GB daxili yaddaş sahəsi ilə qarşımıza çıxmağa hazırlanır.
    Cihazın xaricində və təchizatda bir dəyişiklik olmayacaq. Yəni 5.15 inç Full HD ekran, Qualcomm-dan bir Snapdragon 835 prosessoru və 13 meqapikselli iki kameralı qurğu cihazda mövcud olacaq.
    Mi 6-nın bu anda hazırda satışda olan versiyası 6 GB-lıq RAM və yenə 64 GB daxili yaddaş sahəsi ilə birlikdə təxminən 350 avroluq bir qiymət etiketinə sahibdir. Bəhsi keçən 4 GB-lıq RAM modeli isə 295 avro civarında olacağı düşünülür və 11 noyabr tarixində bazarda olacağı deyilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...