
Unicode 9 formatlı yeni emojilər təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Unicode 9 emojilərinə yeniləri əlavə olundu. Aralarında Selfie emojisinin də olduğu yeni emojilər yaxında bütün platformalara təqdim olunacaq.
Uzun illərdir ki, social aləmdə həyatımızın bir hissəsinə
çevrilən emojilər sırasına hər il yeniləri əlavə olunur. Əlavə olunan yeni
emojilər isə insanların tələbləri, aktual mövzular, ən çox istifadə olunan sözlər
və ya hərəkətlər əsasında müəyyənləşdirilir. Emoji dedikdə isə ağıla ilk olaraq
Unicode 9 formatında emojilər gəlir. Bu dəfə Unicode 9 formatında emojilər
bütün cihazları dəstəkləyəcək şəkildə əlavə olunacaq. İstifadəçilərin özlərini
daha yaxşı ifadə etməsi üçün yaradılan yeni emojilər özündə selfie, pinokio burnu, qara ürək, bəzi
heyvanlar və s. emojiləri birləşdirir. Ümumi olaraq 77 yeni emoji Unicode 9
formatına əlavə olunacaq. Yeni emojilər Android,
iOS və Windows Mobile platformalarına təqdim olunacaq. Amma bu emojilərdən
istifadə edə bilmək, dostlarınıza göndərmək üçün firmaların mobil cihazlar üçün
göndərəcəyi system yeniləməsini gözləməlisiniz.
Paylaş
Bənzər xəbərlər