Uşaqlıq dövrünə qayıdış: Sony şirkəti PlayStation Classic mini konsolunu anons etdi (VİDEO)

Uşaqlıq dövrünə qayıdış: Sony şirkəti PlayStation Classic mini konsolunu anons etdi (VİDEO)

Texnologiya
19.09.2018 PAYLAŞIM

    Sony şirkəti Nintendo-nun Mini Classic oyun konsolunun uğurunu görərək həmin yol ilə getməyi qərara aldı və PlayStation Classic adlı mini oyun konsolunu anons etdi. İlk PlayStation konsolunun yenilənmiş versiyası 1994-cü ildəki dizayna sahib olacaq, lakin 45% daha kiçik olacaq. Yenilənmiş versiyada şirkət düymələri, gamepadlar üçün nəzərdə tutulmuş giriş yerlərini və digər elementləri olduğu kimi saxlayıb. Konsolun ön panelində gamepadlar üçün olan giriş yerlərinin altında həmçinin iki USB girişi də var. Arxa paneldə isə HDMI girişi ilə enerji naqili girişi yerləşir. Komplektin özündə PlayStation Classic konsolu, ilk PlayStation konsolunun naqilli iki gamepad-ı, HDMI və Micro USB naqilləri olacaq. Lakin komplektə şarj naqili daxil edilməyib. Bundan əlavə olaraq konsolun yaddaşında Final Fantasy VII, TEKKEN 3, R4:Ridge Race Type 4, Jumping FlashWild Arms da daxil olmaqla 20 oyun yerləşəcək. PlayStation Classic 3 Dekabr tarixindən 100$ qiymətində satışa çıxacaq.

Bənzər xəbər



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×