USB-C dəstəkli AirPods Pro 2 təqdim edilib - QİYMƏTİ

USB-C dəstəkli AirPods Pro 2 təqdim edilib - QİYMƏTİ

Texnologiya
13.09.2023 PAYLAŞIM

    Apple dünən gecə baş tutmuş təqdimat tədbiri çərçivəsində əsas məhsulları ilə yanaşı USB-C dəstəkli şarj keysinə sahib yenilənmiş AirPods Pro 2 naqilsiz qulaqlığını da təqdim etdi. Daha əvvəl də gözlənildiyi kimi yenilənmiş AirPods Pro 2-də USB-C dəstəyi xaric heç bir vacib dəyişiklik yoxdur. Apple sadəcə olaraq sözügedən naqilsiz qulaqlığın şarj keysində Lightning girişini USB-C girişi ilə əvəz edib. Bu isə öz növbəsində Avropa Birliyinin yeni qanunu səbəbilə edilib. Belə ki, Avropa Birliyinin yeni qanununa əsasən elektron cihazlar vahid USB-C girişinə sahib olmalıdırlar. USB-C girişi dəstəyi xaric yenilənmiş AirPods Pro 2 qulaqlığı orijinal AirPods Pro 2-nin özəlliklərini təkrarlayır. Yenilənmiş AirPods Pro 2-nin satışlarına 22 sentyabr tarixində start veriləcək və onun qiyməti 250$ təşkil edəcək.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×